İslam Dövləti təşkilatına aid silahlılar Dəməşqdəki "Yarmuk” Fələstin qaçqın düşərgəsinə daxil olublar. Bu barədə məlumatı fələstinli rəsmilər və fəallar veriblər.
Xəbər verilir ki, düşərgənin böyük bir hissəsini zəbt etmiş İD döyüşçüləri ilə düşərgədəki qruplar arasında toqquşma baş verib.
BMT-nin məlumatına görə düşərgədə 18 minədək fələstinli var.