Naməlum silahlı şəxslər İstanbul prokurorluğunun binasında prokuroru girov götürüblər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hazırda jandarmeriya qüvvələri prokurorluq binasının ətrafındadırlar.
Telekanalın məlumatına əsasən, girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.
İlkin məlumata görə, girov götürənlər qeyri-qanuni solçu qruplaşmanın üzvləridir.
Hazırda girovun azad edilməsi üçün danışıqlar aparılır. Prokurorluq işçiləri binadan təxliyə olunur.
Prokuroru girov götürən şəxslərin tələbləri məlum olub. Lent.az-ın məlumatına görə, onlar prokurorun buraxılması müqabilində aşağıdakı şərtlərinin qəbul edilməsini istəyir: Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələri,
- Həmin polislərin "xalq məhkəməsi"ndə mühakimə olunması,
- Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan, barəsində cinayət işi açılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi, işdən çıxarılanların bərpası,
- Aksiyanı həyata keçirənlərin Ədliyyə Sarayından sərbəst çıxmalarına şərait yaradılması....