Ukrayna prokurorluğu martın 31-daha iki keçmiş yüksəkrütbəli polis zabitini qara siyahıya salıb. Kiyevin keçmiş polis rəisi əvəzi Valeriy Mazan və onun müavini Petro Fedchuk 2014-cü il fevralın 18-19-da şəhərin mərkəzində keçirilən nümayişin dağıdılmasının təşkilində şübhəli bilinirlər.
Prokurorluğun məlumatına görə həmin müddət ərzində təhlükəsialik qüvvələrinin tətbiq etdiyi güc nəticəsində 13 nəfər öldürülüb, 130 nəfərsə xəsarət alıb.
Keçmiş polis zabitlərinin yeri bəlli deyil.