Ukraynanın Donetsk vilayətində rusiyapərəst separatçıların qanunverici orqanının üzvü Roman Voznik və onun müavini öldürülüb.
Separatçıların rəsmi nümayəndələrndən biri Andrei Purgin onların martın 26-da Donetsk şəhərində öldürüldüklərini deyir.
O bildirib ki, hələlik onların kimlər tərəfindən öldürüldüyünü demək çətindir.
Voznik həm də "Miraj” adlı üsyançı batalyonun komandiri idi.
Separatçıların digər lideri Aleksandr Kofman onların axşam saat 11 radələrində maşında güllələndiklərini deyir.