Fransada çərşənbə axşamı qəzaya uğramış təyyarənin ikinci pilotu Andres Lubitsanın evində axtarış zamanı "həlledici dəlillər” aşkar edilib. Trend xəbər verir ki, bu barədə kanal N24 Düsseldorf prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.
Lakin prokurorluq bu dəlilin pilotun vida məktubu olmasını təsdiq etməkdən rəsmi olaraq imtina edib.
Bundan əvvəl də prokurorluq və polis əməkdaşları pilotun Düsseldorfdakı evində, həmçinin Montabur şəhərindəki qohumlarının evində axtarışlar aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.Lubitsanın ailəsinə məxsus bəzi şəxsi əşyaları, həmçinin kompüterləri götürüb.
A.Lubitsan 6 il əvvəl dərin depressiyadan əziyyət çəkib və bununla əlaqədar müntəzəm olaraq həkim nəzarətində olub.