Pakistanın baş naziri Nəvaz Şərif bildirir ki, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə hər hansı təhlükəyə Pakistan sərt cavab verəcək. Şərif martın 26-da İslamabadda hökumətin iclasında danışıb.
Səudiyyə Ərəbistanı Pakistandan xahiş edib ki, Yəməndəki husi silahlılarına qarşı Körfəz koalisiyasına qoşulsun. Hökumətin iclasında da bu xahiş müzakirə olunub.
Nəvaz deyib ki, Pakistanın Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ilə sıx qardaşlıq münasibətləri var və onların təhlükəsizliyinə böyük əhəmiyyət verir.