İsrail prezidenti Reuven Rivlin hökuməti qurmaq səlahiyyətini seçkilərdə qələbə qazanan "Likud” partiyasının lideri və baş nazir Binyamin Netanyahuya verib. APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, prezident R. Rivlin bu qərarını Qüdsdəki prezident iqamətgahında B. Netanyahu ilə keçirdiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.