Fransanın cənubunda Alp Dağlarında, Barselonet ilə Din arasında Airbus A320 təyyarəsi qəzaya uğrayıb.
Baki-xeber.com xəbər verir ki, təyyarə Almaniyanın ucuz tarifli Germanwings hava nəqliyyat şirkətinə məxsusdur. Germanwings - Lufthansa şirkətinin filialıdır.
Məlumata görə, Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 142 sərnişin və altı ekipaj üzvü olub.
Təyyarə qəzaya uğramazdan əvvəl fəlakət siqnalı ötürüb.
Məlumatlara görə, təyyarədə 142 sərnişin və 6 nəfərlik ekipaj üzvünün hamısı həlak olub.
Qəza ilə bağlı Fransa prezidenti Fransua Olland deyib ki, qəzadan heç kim sağ çıxa bilməyib: "Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur… Təyyarə dağlıq əraizdə qəzaya uğrayıb”.
O, qəzanı faciə adlandırıb və əlavə edib ki, hadisənin baş verdiyi ərazini qiymətləndirmək çətindir.