Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları ləğv etməyə hazırlaşmır. APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın federal kansleri Angela Merkel deyil. "Minsk razılaşmalarının tələbləri yerinə yetirilənə qədər biz iyul və ya sentyabr ayına qədər qüvvədə olan sanksiyaları ləğv edə bilmərik və etməyəcəyik. Bu, düzgün olmazdı”, - deyə o, söyləyib.