Tunis paytaxtında silahlıların muzeyə basqını nəticəsində 17 xarici turist də daxil olmaqla 19 adam öldürülüb, ölkənin baş naziri bildirib.
Həbib Essid ölənlər arasında, İspaniya, Almaniya və İtaliya vətəndaşlarının olduğunu deyib.
Həmlə həyata keçirilərkən millət vəkilləri terrorçuluğa qarşı qanunvericiliyi müzakirə ediblər.
Parlament yaxınlığındakı muzey binasına daxil olan silahlı naməlum şəxslər ziyarətçilərə atəş açıblar.
Yerli radio bir neçə avropalının girov götürüldüyünü bildirib.
İki hücumçu və polis zabiti hadisədən sonra həyata keçirilən əməliyyatda öldürülüblər, rəsmilər bildirirlər.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.
Qədim mədəniyyət obyektləri sərgiləyən Bardo muzeyi turistlər arasında populyardır.
Əhəmiyyətli sayda tunislinin Suriya və İraqda vuruşduğu bildirilir.