Krımın Rusiyaya ilhaqının bir illiyində insan haqları təşkilatı Amnesty İnternational yarımadanın hazırki hakimiyyətini tənqid edib. Təşkilatın bu barədə hesabatında deyilir ki, hazırki hökumət Krımın indiki vəziyyətini tənqid edənlərin oğurlanması və işgəncə verilməsi hallarını araşdırmağa meylli deyil və tənqidçiləri susdurmaq istiqamətində kampaniya aparılır.
Martın 15-də Rusiya telekanallarında yayımlanan videoda prezident Putin açıqcasına deyib ki, yarımadanın ilhaqı onu guya mümkün hərbi müdaxilədən qorumaq üçün hərbi əməliyyatlarla müşahidə edilib.
Krımın baş naziri Sergey Aksyonov BBC-ə deyib ki, yarımada bundan sonra heç vaxt Ukraynaya qayıtmayacaq.