Suriya hərbiyyəsi Prezident Bəşər Əsədin istehkamı olan şimal-qərbdəki Latakiya şəhəri yaxınlığında ABŞ dronunu vurduğunu bildirir.
ABŞ rəsmiləri pilotsuz təyyarə ilə əlaqənin kəsildiyini bildiriblər. Lakin dronun vurulub-vurulmadığı məsələsi qeyri-müəyyən qalır.
Hadisənin təsdiqləndiyi təqdirdə bu İD əleyhinə koalisiya hava həmlələrinin başlanmasından bəri ABŞ təyyarəsinin Suriya hücumuna məruz qalmasının ilk halı olacaq.
Suriya cihadçı qruplaşmaya qarşı hava reydlərində iştirak etmir.
Suriyanın dövlət Sana agentliyi ABŞ dronunu "düşmən təyyarəsi" kimi təsvir edərkən hadisənin təfərrüatlarına varmayıb.