Hollandiyada yaşayan iki övlad anası İslam Dövlətinə qoşularkən atasının iradəsi əleyhinə kiçikyaşlı uşaqları özü ilə aparıb. Bu barədə ölkə prokurorluğu bildirir.
Güman edilir ki, ölkəni tərk etmək üçün 8 yaşlı oğlan və 7 yaşlı qız uşağı anaları ilə bərabər saxta pasportlardan istifadə ediblər.
Hollandiyalı ata, onların gedəcəyi barədə hakimiyyəti xəbərdar edib.
Hollandiyanın cənubundakı Maastrixt şəhərində yaşayan 32 yaşlı ananın kimliyi açıqlanmır. Onu və uşaqları oktyabr ayından bəri görən olmayıb. Onun çeçen olduğu barədə xəbərlər var.
Ehtimallara görə, ailə Belçikadan Afinaya yollanıb. Yanvar ayında anası ilə əlaqə saxlayan qadın Suriyanın şimalındakı Raqqa şəhərində olduğunu deyib.
Prokurorluq işi adam oğurluğu kimi dəyərləndirir və qadını beynəlxalq axtarışa verib. Hərçənd ki, hakimiyyət ailə artıq Suriyada olduğu təqdirdə onları qaytarmaq üçün məhdud imkanlara malik olduğunu dərk edir.
Suriya və İraqdakı İD sıralarında kiçik yaşlılar da daxil olmaqla 200-dək Hollandiya vətəndaşının olduğu güman edilir.
Hakimiyyət belə hadisəyə ilk dəfə rast gəldiyini bildirir.