Rusiyanın Dövlət Duması müxalifət lideri və keçmiş deputat Nemtsovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi təklifini rədd edib. Təklifi verən deputat Dimitry Gudkov buna görə iclas zalını tərk edib.
Dumanın spikeri Sergey Narışkin bununla bağlı səsvermə keçirilməsindən imtina edib və bildirib ki, Duma artıq Nemtsovun yaxınlarına başsağılığı verib.
Qatı millətçi Vladimir Jirinovski isə bildirib ki, deputatlar Duma şurasının qərarı və ya milli matəm günü ilə bağlı ayağa dura bilərlər.