Kürdüstan Demokratik Partiyasının internet saytında yer alan xəbərə görə, İŞİD lideri Əbu Bəkir əl-Bağdadi "Peyğəmbərin ona Mosulu tərk etmələrini bildirdiyini" iddia edir.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadiyə istinadən gündəmə gətirilən yeni iddianın İŞİD-in Mosul bölgəsindən də çəkilməyə hazırlaşdığının göstəricisi ola biləcəyinə diqqət çəkilir.
Məlumata görə, Bağdadinin "yuxusunda gördüyü Peyğəmbərin ona Mosulu qarşıdurmaya getmədən tərk etmələri əmri verdiyini" söylədiyi iddia edilir.
İŞİD yaraqlıları İraq ordusu ilə döyüşdükləri Tikrit şəhərindən də çəkilməyə başlayıb, hərbçilər bu şəhərdən də Bağdadinin şəxsən əmrilə çəkilməyə başladıqlarını deyirlər.
İraq ordusu, şiə silahlılar və sünni tayfaları martın 3-də İŞİD-i Tikritdən çıxarmaq üçün əməliyyata başlayıb. Bu əməliyyat Mosulu İŞİD işğalından qurtarmaq üçün başladılan əməliyyatın ilk mərhələsi kimi dəyərləndirilir.