Suriya prezidenti Bəşər Əsəd bildirib ki, ABŞ dövlət katibi Con Kerrinin münaqişəyə son qoyulması üçün Dəməşqlə danışıqlara getməyin gərəkliyini etiraf etməsindən sonra ABŞ-dan hərəkət gözləyir.
O, İran televiziyasına müsahibəsində qeyd edib ki, biz hələ də şərhlər eşidirik və indi hərəkətləri gözləməli, sonra isə həllə getməliyik.
Kerri martın 15-də CBS televiziya kanalına müsahibəsində bildirib ki, Vaşinqton Suriyada siyasi keçid məsələlərini həll etmək üçün prezident Əsədlə danışıqlara getmək istəyir.
Qeyd edək ki, Vaşinqton bundan əvvəl prezident Bəşər Əsədin hakimiyyətdən getməsini təkid edirdi, amma Kerri bu dəfə onun legitimliyini itirməsi barədə standart bəyanatdan yan keçib. O qeyd edib ki, biz bu münaqişəyə son qoymaq üçün sonda danışıqlara getməliyik.