Tehran məhkəməsi İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlunu həbs edib.
Dövlət mediası deyib ki, Mehdi Haşemi Rəfsəncani təhlükəsizlik və maliyyə cinayətlərində təqsirli bilinib.
O, İranda 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra iğtişaşlara təhrik etməkdə ittiham olunmuşdu. 2012-ci ildə Britaniyadakı sığınacaqdan qayıdandan sonra o, həbs edilmişdi.
Qeyri-rəsmi məlumatlarda deyilir ki, o, 15 illik həbs cəzası alıb lakin bu xəbərlər təsdiqlənməyib.
Mehdi Haşemi 20 gün ərzində məhkəmənin qərarına appelyasiya şikayəti verə bilər, məhkəmə rəsmisi deyib. Məlumata görə, məhkəmə həmçinin onu cərimələyib və ictimai vəzifələrdə çalışmağı qadağan edib.