Gürcüstanda hakim "Gürcü Arzusu” koalisiyasının tərəfdarları keçmiş prezident Mixail Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyasının ofisinə hücum ediblər. APA-nın məlumatına görə, hadisə Gürcüstanın qərbindəki Zuqdidi şəhərində koalisiyanın Vahid Milli Hərəkat Partiyasının ofisi qarşısında keçirdiyi mitinqdən sonra baş verib.
Aksiya iştirakçıları Saakaşvili tərəfdarlarının paytaxt Tbilisinin mərkəzində martın 21-də keçirməyi planlaşdırdığı aksiyaya etiraz ediblər. Polis aranı sakitləşdirməyə və hakim partiya tərəfdarlarını müxalif partiyanın ofisindən çıxarmağa nail olub.