Çin Xalq Respublikası Dövlət Şurasınlın sədri Li Kegianq bəyan edib ki, onun ölkəsi Ukraynanın suverenliyi və ərizi bütövlüyünü dəstəkləyir və Krım məsələsi dialoq və danışıqlarla həll olunmalıdır.
"Ukrayna böhranı dünyadakı geosiyasi vəziyyəti mürəkkəbləşdirib və dünya iqtisadiyyatının bərpası prosesinə mənfi təsir göstərib” – deyib Li xalq nümayəndələrinin Ümumçin toplanışının ardınca keçirilən mətbuat konfransında.
"Biz hələ də ümid edirik ki, bu problem dialoq, danışıq və məşvərət vasitəsilə həll oluna bilər” – deyib sədr. "Krım məsələsinə gəlincə isə, onun yaranması səbəbləri mürəkkəbdir. Biz ümid edirik ki, bu problemin siyasi həlli dialoq yolu ilə tapıla və qonşular sülh şəraitində yaşaya bilərlər”.
Moskva Krımı 2014-cü ilin martında ilhaq edib. Rusiyanın bu hərəkəti beynəlxalq birlik tərəfindən pislənib və Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq ediblər.
Şərhçilər qeyd edirlər ki, Çin Ukrayna böhranında Rusiyanın roluna dair Moskva və Qərb arasındakı mübahisəyə qoşulmayıb, lakin bildirib ki, Pekin Ukraynanın müstəqilliyini, suverenitetini və ərazi bütövlüyünü dəstəkləyir.
Ukrayna hökuməti və Qərb ölkələri Rusiyanı Ukraynanın şərqindəki separatçılara hərbi yardım göstərməkdə və Donbasdakı münaqişədə birbaşa iştirak etməkdə ittiham edirlər. Moskva bu ittihamları rədd edir.