Ukrayna prezidenti Petro Poroşenkonun təbirincə, ölkənin şərqində münaqişənin "getdikcə səngiməsi" müşahidə edilir. Ukaynanın "1+1" televiziya kanalına müsahibəsində Poroşenko deyib ki, "bundan sonra növbəti mərhələ Donetsk və Luhansk vilayətlərinin bəzi ərazilərində seçkinin keçirilməsi olacaq”.
Prezident Poroşenkonun sözlərinə görə, ukrayna hakimiyyəti Donbassa yerili özünü idarəetmənin ayrı-ayrı sahələrini ötürəcəyinə təminat veirir, "seçkilər isə, bunun üçün uyğun şərait yarananda, keçirləcək".
"Həmin ərazilərdə Ukraynanın suvernliyini, Ukrayna hakimiyyətinin səlahiyyətini bərpa etmək üçün əlimizdən gələni edəcəyik", Poroşenko vurğulayıb.
Eyni zamanda o, qeyd edib ki, ukrayna silahlı qüvvələri öz müdafiə qabiliyyətini möhkəmlndirməkdə davam edir: "Kiyev silah təchizatı barədə, o cümlədən Aİ-nin 11 dövlətilə sazişlər bağlayıb".