ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə Komitəsinin sədri, ABŞ senatoru Roger Wicker Rusiyanın Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verməsindən və Moskvanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırmasından narahatdır.
O, bildirib ki, Rusiyanın bu razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etməsindən məyus olub.
Komitə sədri Rusiyanın sazişdən NATO-nun hərəkətlərinə görə çıxması ilə bağlı arqumentlərini rədd edib. Onun sözlərincə, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya dair siyasəti, Rusiya döyüş texnikası və hərbçilərinin Ukrayna ərazisində olması onu göstərir ki, o, silahlanma yarışı aparmaq istəyir. Komitə sədrinin fikrincə, bu da Avropada sabitlik üçün təhlükədir.