NATO Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etmək niyyətində deyil. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Sky News” telekanalına müsahibəsində alyansın Baş katibi Yens Stoltenberq bəyan edib.
"Ukrayna NATO üzvü deyil. Təhlükəsizliyin təminatı yalnız alyans üzvlərinə şamil olunur. Lakin biz Ukraynaya böyük siyasi dəstək veririk, üstəlik hərbi sahədə islahatların aparılması, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində əməli yardım göstəririk”, deyə Y.Stoltenberq bildirib.