Rusiya, Qazaxıstan və Belarus liderlərinin görüşünün vaxtı dəyişdirilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Qazaxıstandakı diplomatik mənbə bildirib ki, bu həftə planlaşdırılan görüş başqa vaxta təxirə salınıb.
Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. "Həqiqətən üç ölkənin liderləri Astanada planlaşdırılan görüşün bir neçə gün sonra keçirilməsi haqda razılığa gəliblər", - deyə D. Peskov bildirib.