Rumıniya Xarici İşlər Nazirliyi alman diplomatına Fransa xəritəsinin üzərində Almaniya bayrağını göstərən buklet təqdim etdiyinə görə üzr istəyib.
Nazirlik deyib ki, bu, "təəssüf doğuran texniki səhvdir”.
Rumıniyanın xarici işlər naziri Bogdan Aurescu bukleti alman həmkarı Frank-Walter Steinmeierə mətbuat konfransında təqdim edib.
Bundan sonra o, "birbaşa dərin təəssüfünü ifadə edib”, nazirlik deyir.
Bu, artıq son aylar ərzində ikinci dəfədir ki, Rumıniya Xarici İşlər Nazirliyi yanlışlığa görə üzr istəməli olur.
Fevral ayında Rumıniyanın Parisdəki səfiri qəbul üçün dəvətnamə göndərib və yanlışlıqla qonaqların "arzuolunmaz” və ya "qorxunc” adlandırıldığı siyahını da məktuba əlavə edib.