ABŞ Dövlət Departamenti Belarus Respublikasının dövlət neft-kimya şirkəti - "Belorusneft”ə qarşı 4 ildir qüvvədə olan sanksiyaları ləğv edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə qərar ABŞ hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.
Qərarda bildirilir ki, 2015-ci il fevralın 25-dən etibarən sanksiyalar "Belorusneft”ə şamil olunmur. Belə ki, şirkət artıq sanksiyalara düşən fəaliyyətlə məşğul deyil və gələcəkdə də bu cür fəaliyyətlə məşğul olmayacağına dair təminat alınıb.