Qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun yaxın müttəffiqi qətldə 2 nəfərin ittiham edilməsindən və daha 3 nəfərin saxlanmasından sonra həqiqətin üzə çıxacağına "şübhə ilə” yanaşdığını bildirib.
"Tətiyi çəkən cəzalandırılacaq, sifariçilər isə azadlıqda qalacaqlar”, Nemtsovun partiyasının həmtəsisçisi İlya Yaşin bazar günü bildirib.
Nemtsovun qətlə yetirilməsində 2 çeçen əsilli vətəndaş ittiham olunduqdan və daha 3 nəfər saxlandıqdan sonra cənab Yaşin radikal islamçıların bu qətldə əli olduqları iddiasına inanmadığını bildirib.
"Müstəntiqlərin qətlin islamçılar tərəfindən törədilməsi barədə anlaqsız versiyası Kremlin maraqlarına cavab verir, Putindən diqqəti yayındırır”, Yaşin Twitter səhifəsində bildirib.
BBC-ə müsahibəsində, o deyib ki, qətlin arxasında duranlar Rusiyadadır və hətta hökümətdə otururlar.
Bazar günü, Moskva məhkəməsi Zaur Dadayev və Anzor Qubaşevi siyasətçi Boris Nemtsovu qüllələməkdə ittiham edib.
Məhkəmənin bildirdiyinə görə, cənab Dadayev qətldə iştirakını etiraf edib.
Digər 3 şəxs şübhəli qismində məhkəmənin qərarı ilə saxlanılıblar. Daha bir şəxs isə, xəbərlərə görə, Qroznı şəhərində polislə qarşıdurma zamanı özünü əl qaumbarası ilə partladıb.