Almaniyanın "Der Spiegel” jurnalı son məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı barədə yazıb. ANS PRESS-in məlumatına görə, məqalədə dekabrda Almaniyada tutulan üç türk xəfiyyədən bəhs edilir. Öz aralarında danışan xəfiyyələrin danışıqları alman təhlükəsizlik orqanları tərəfindən yazılıb.
Müəllif bildirir ki, həmin xəfiyyələrdən biri telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı barədə danışıb. O, Ərdoğanın Ankaradakı evində çalışan aşpaz qadından şübhələndiyini bildirib.