Almaniya kansleri Angela Merkel Yaponiyaya səfəri çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları uzatmağa çağırıb. APA-nın RİA "Novosti”yi istinadən verdiyi xəbərə görə, bununla yanaşı Almaniya hökumətinin rəhbəri münaqişənin diplomatik yol ilə həllinin vacibliyini vurğulayıb.
A. Merkel çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd edib. Kansler həmçinin Yaponiya və Braziliya ilə bir sıra istiqamətdə, o cümlədən beynəlxalq terrorizm sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.