Suriya ordusu Jezel rayonunda İŞİD-in ələ keçirdiyi neft yataqlarından bir neçəsinin üzərində nəzarəti bərpa edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Sputnik” nəşrinə hərbi mənbə bildirib.
"Martın 6-sı axşam saatlarında İŞİD silahlıları ilə şiddətli döyüşdən sonra "Jezel” neft yataqları ordunun nəzarətinə keçib”, deyə mənbə qeyd edib.
Məlumata görə, neft yataqlarına aparan yollarda əlavə qüvvələr yerləşdirilib. Silahlılar geri çəkilərkən neft quyularından birinə od vurublar.