Rusiya Prezidenti Vladimir Putin "Rusiya Prezidenti Administrasiyasının federal dövlət mülki işçilərinin pul təminatı haqqında" fərman imzalayıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, fərmanda deyilir ki, 2015-ci il mayın 1-dən dekabrın 31-dək Prezident Administrasiyasının federal dövlət mülki işçilərinin məvacibləri 10 faiz azaldılacaq.
Putin öz maaşını və baş nazir Dmitri Medvedyevin də təminat haqqını 10 faiz azaldıb. V. Putinin imzaladığı fərmana əsasən, maaşlar martın 1-dən dekabrın 31-dək azaldılacaq.
Bundan başqa Rusiya Baş prokuroru və İstinaq Komitəsi rəhbərinin mükafatları, aylıq pul mükafatları və rüblük pul mükafatları 10 faiz azalma ilə veriləcək.