Dövlət Dumasının Kommunist fraksiyasından olan üzvü Vadim Solovyov bəyan edib ki, Rusiya rəhbərliyinə Boris Nemtsovun qətlə yetirilməsi kimi cinayətlərə ölüm hökmünün bərpası haqqında təklif göndərəcək. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Müvafiq təklifi deputat Rusiya Prezidentinə, Baş nazirinə, Federal Məclisin hər iki palata rəhbərinə göndərməyi planlaşdırır.
O, hesab edir ki, hüquq-mühafizə orqanlarının işçilərinin sayını azaltmaq olmaz. Deputat bunu belə izah edib: "Şübhəsiz ki, ölüm hökmünə moratorium məsələsinə qayıtmaq lazımdır. Bu qətli törədənlər başa düşməlidirlər ki, cəmiyyətin belə vəhşilərdən qorunmaq hüququ var. Yeganə cəza ölüm hökmü olmalıdır".