"Cinayətkarı görmədim, çünki o mənim arxamda idi. Çevriləndə, ancaq açıq rəngdə avtomobil gördüm”. APA-nın məlumatına görə, bunu rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin şahidi, ukraynalı fotomodel Anna Duritskaya "Dojd” telekanalına müsahibəsində deyib.
"Şam yeməyindən sonra Borisin evinə yollandıq. Şübhəli nəsə baş vermirdi”, - deyə o vurğulayıb.
Qar təmizləyən maşının sürücüsündən polisə zəng etməyi xahiş etdiyini deyən A. Duritskaya bildirib ki, sürücü nömrə verdikdən sonra o, hadisə yerinə qayıdıb.