Rusiya Britaniya üçün təhlükəyə çevrilib və Britaniya özünü və müttəfiqlərini qorumaq üçün addımlar atmalıdır. Bunu Gizli Kəşfiyyat Xidmətinin ("MI6") sabiq başçısı deyib.
Baki-xeber.com xəbər verir ki, bu yaxınlarda təqaüdə çıxan Ser Con Sauers BBC Radio 4 Today proqramına deyib ki, Rusiya "dövlətə təhlükə" yaradır.
Ser Con deyib ki, bu cür təhlükələrlə mübarizə aparmaq üçün müdafiəyə daha çox pul sərf olunmalıdır. Amma o, Rusiya ilə bağlı məsələlərin "artırılmış dialoq" vasitəsilə həll olunmasına çağırıb: "Rusiya mütləq birbaşa Birləşmiş Krallığa yox, ətrafındakı ölkələrə təhlükə yaradır".