Ukraynada Regionlar Partiyası fraksiyasının keçmiş sədr müavini Mixail Çeçetov intihar edib. APA-nın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Artyom Şevçenko özünün "Facebook” səhifəsində yazıb.
"Məhkəmə-tibbi ekspertizadakı etibarlı mənbə bildirib ki, hadisə bu gecə saat 01.00 radələrində Kiyevdə baş verib. Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindən yerə atıb”, - deyə A. Şevçenko bildirib.
O qeyd edib ki, hadisə baş verən zaman M. Çeçetovun həyat yoldaşı evdə olub. İlkin məlumatlara görə, M. Çeçetov ölümdən öncə məktub yazıb.