Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyevin qanında barbiturat izləri aşkarlanıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avstriya prokurorluğundan bildiriblər.
Qeyd olunub ki, barbituratlardan istifadə Avstriyadan qadağandır. Müstəntiqlər barbituratların R. Əliyevə həkim tərəfindən verilməsi ehtimalını birmənalı istisna edirlər.
Ekspertizanın nəticələri haqqında daha geniş məlumat yaxın günlərdə veriləcək.