ABŞ Dövlət katibi Con Kerri İran nüvə proqramı ilə bağlı mövqeyi haqqında İsrailin baş naziri Benyamin Netanyahunun tənqidi fikirlərini sual altına alıb. Cənab Netanyahu İranın nüvə proqramını dayandırmaq cəhdlərindən əl çəkdiyinə görə ABŞ və digər ölkələri tənqid edib.
İranın nüvə proqramı haqqında Cenevrədə keçirilən son danışıqlarda iştirak edəndən sonra cənab Kerri deyib ki, İsrailin baş naziri səhv etmiş ola bilər.
ABŞ müxalifətində olan Respublikaçı liderlər cənab Netanyahunu dəvət edib və o, gələn həftə Konqresdə çıxış edəcək. Ağ Ev Respublikaçıların bu addımını tənqid edib.