Rusiyada "Levada" sosioloji təhlil mərkəzinin fevralda keçirdiyi sorğunun nəticələrinə əsasən, Vladimir Putinin Rusiya prezidenti vəzifəsində fəaliyyətini dəstəklənmə dərəcəsi 86%-ə çatıb. Yanvar ayında müvafiq göstərici 85% təşkil etmişdi.
Rusiyanın xalq arasında ən çox etibar edilən ictimai-siyasi xadimlər siyahısına liderlik edən ilk üçlüyə Vladimir Putindən sonra ardıcıllıqla Müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər naziri Sergey Lavrov daxildilər.