"Rusiyanın Ukraynanın şərqində yaratdığı münaqişə müvəqqəti hal deyil, qlobal xarakter daşıyır”. APA-nın "Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Filipp Bridlav ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdən sonra bildirib.
F. Bridlav deyib ki, ötən illə müqayisədə Avropa tamamilə fərqli və daha mürəkkəb təhlükəsizlik problemi ilə üzləşib. Onun fikrincə, bu, regional deyil, müvəqqəti xarakter daşımayan dayanıqlı qlobal təhdiddir.