BMT Təhlükəsizlik Şurası bugünkü reallıqları əks etdirmir. APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası II Dünya müharibəsindən sonra yaranıb: "Orada qəbul edilən sənədlər və qurulan təşkilatlar müharibədən dərhal sonra qəbul edilib, təəssüf ki, bugünkü həqiqətləri əks etdirmir. Dəyişmək lazımdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Onlardan birinin qərarı ilə Suriyada müharibə dayanmaya bilər. Bütün dünyanın taleyi 1 ölkənin ağzından çıxan səsə bağlıdır.