"Qafqazda ərazilər geoloji cəhətdən o qədər də stabil deyil. Bölgədə baş vermiş zəlzələlər mövcud problemləri daha da dərinləşdirir. Metsamor AES-də yeni nüvə reaktorun inşasına gəldikdə isə, düşünürəm ki, təhlükədən qaçmaq üçün texnoloji imkanlardan istifadə etmək mümkündür”.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan parlamentinin deputatı David Darçiaşvili deyib.
Onun sözlərinə görə, SSRİ dönəmində tikilən atom elektrik stansiyaları, o cümlədən Metsamor AES, etibarlı deyil və özlərində risklər daşıyır.
Qeyd edək ki, Gürcüstanda keçirilən "Regional sabitlik kontekstində nüvə və radiasiya təhlükəsizliyinin aktual məsələləri” adlı beynəlxalq forumda bildirilib ki, Azərbaycanın 20 faizdən çox ərazisi işğal altındadır və bu səbəbdən həmin ərazilərdə nüvə materiallarının həcmi, onların dövriyyəsi və digər məlumatlar nəzarətdən kənarda qalıb.