Türkiyə polisinin Ankarada keçirdiyi xüsusi əməliyyat nəticəsində Fətullah Gülən (hazırda ABŞ-da yaşıyan ictimai xadim) hərəkatının 54 tərəfdarı saxlanılıb. Bu barədə çərşənbə günü Trend "TRT Haber"-ə istinadən məlumat verir.
Polisin xüsusi əməliyyatı fevralın 25-i səhər Türkiyə paytaxtının 20 rayonunda başlayıb və hazırda davam edir.
Daha əvvəl xəbər verildiyi kimi, Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyənin dövlət strukturlarında son zamanların ən irimiqyaslı kadr dəyişiklikləri gözlənilir.