İraqda 2004-ci ildə Amerika əsgərləri tərəfindən həbs olunan İŞİD lideri Əbubəkr Əl Bağdadi ilə bağlı yeni faktlar ortaya çıxıb
Baki-xeber.com xəbər verir ki, məxfiliyi ləğv edilən və «Business Insider»ın əldə etdiyi məlumata görə, Bağdadi sənəddə gerçək adı Avad İbrahim El Badr kimi qeydə alınıb.
İraqın cənubunda Amerika düşərgəsi Bukkada 10 ay saxlanan Bağdadinin sənəddə «mülki məhbus», peşəsi isə «katib» kimi qeyd edilib. Bu da hər gün vəhşicəsinə qırğınlar törədən İŞİD liderinin o dövrdə «terrorçu» kimi görülmədiyini ortaya qoyur.