Türkiyə Prezidentinin qızı Süməyyə Ərdoğana qarşı hazırlanan sui-qəsd planının üstü açılıb. Trend xəbər verir ki, bu barədə "Sabah" qəzeti ölkə kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Sui-qəsdin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində həyata keçirilməsi planlaşdırılırmış.
Bir müddət əvvəl S.Ərdoğanın parlament seçkilərində iştirak edəcəyi barədə məlumat verilmişdi.