Rusiyanın Ukraynaya hücumlarından qorxuya düşən Latviya Rusiya ilə sərhədləri gücləndirməyə başlayıb. Məlumata görə, Latviya hökuməti Rusiya ilə sərhəddə olan yüzlərlə ərazini satın almağı planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, Latviya Dövlət Zəmanət Agentliyi nümayəndəsi Ieva Rekşna, Latviya rəhbərliyinin 12 metr genişlikdə sərhəd xəttinin tənzimləməsi üçün hazırlıqlara başladığını bildirib. Sözügedən addımın AB-nin sərhədinin doxunulmazlığının təmin edilməsi ilə qaçaqçılıq və qeyri-qanuni köçü önləmək üçün atıldığı bildirilir.
Satın alınacaq ilk 111 ərazi sahiblərinə 76 min avro ödənəcəyini deyən rəsmi, ərazilərin alışı üçün 14 milyon 500 min avro xərclənəcəyini bildirib.