Türkiyədə hüquq müdafiəçiləri əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş islahatların əleyhinədirlər. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu gün mindən çox hüquq müdafiəçisi Ankarada prezident sarayının qarşısında etiraz aksiyası keçirəcəklər.
Aksiya "Hüquq müdafiəçiləri polis dövlətinə qarşıdır" şüarı altında baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, ölkədə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra islahatlar keçiriləcək.