Fransada Demokratik Fransız Müsəlmanlar Birliyi (UDMF) adı altında yeni partiya qurulub. Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, partiya mart ayında yerli seçkilərdə iştirak edəcək.
UDMF Türkiyənin Avropa İttifaqına üzv olmasına tam dəstək verir. Partiyanın proqramında Fələstin məsələsi önəmli yer tutur. UDMF-in rəhbəri Əmir Meğarbidir.