Ukraynada Luqansk vilayətinin keçmiş qubernatoru Oleksandr Yefremov həbs edilib. Baş prokuror Viktor Şokin fevralın 15-də Kiyevdə bəyan edib ki, Yefremov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Yefremov keçmiş prezident Viktor Yanukoviçin tərəfdarlarından biridir.
Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçandan sonra Yefremov onu və prezident administrasiyasındakı məsləhətçiləri ölkədəki qarmaqarışıqlıqda günahlandıran bəyanat vermişdi.