Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Barak Obama ilə telefon danışığı zamanı Donbasda münaqişənin yenidən gərginləşəcəyi halda addımların əlaqələndirilməsinə dair razılıq əldə edilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Ukrayna prezidentinin saytında dərc edilib.
"Tərəflər Donbasdakı vəziyyəti müzakirə edərək Debaltsevo ətrafında baş verən hadisələrlə bağlı narahatlıq ifadə ediblər”, deyə məlumatda bildirilir.