Danimarkanın paytaxtı Kopenhagendə «Charlie Hebdo» hücumu və ifadə azadlığının müzakirə edildiyi bir yığıncağın keçirildiyi kafe silahlı şəxslərin hücumuna məruz qalıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı kafedə Fransanın Kopenhagen səfiri Franıua Zimerayın da olduğu bildirilir.
Yazar və jurnalistlərin qatıldığı toplantının hədəf alındığı hücumda ikisi polis biri jurnalist olmaqla üç nəyər yaralanıb.
Kafeyə bayırdan atəş açan təcavüzkarların maskalı və «Kalaşnikov» avtomatları ilə silahlandıqları bildirilir.
Hücum edənlərin 3 nəfər olduğu bildirilir.