"Minsk razılaşmaları Donbassdakı münaqişənin sülh yolu ilə nizamlanma mərhələsinə daxil olacağına ümid yaradır”.
APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın "Novıye Petrovtsı” təlim bazasındakı çıxışında deyib. Lakin o, sülhdən hələ çox uzaq olduqlarını söyləyib: "Mən istəyirəm ki, heç kim hər hansı illüziyaya qapılmasın, eyni zamanda mənim haqqımda sadəlövh insan təsəvvürü yaranmasın. Biz sülhdən hələ çox uzaqdayıq. Minsk razılaşmalarındakı şərtlərin yerinə yetiriləcəyinə qəti əminlik heç kimdə yoxdur. Sadəcə olaraq, ümid var ki, gərginlik azalmağa başlayacaq. Atəşin dayandırılması, ağır silahların geri çəkilməsi ümid edirəm ki, bizi sülhə aparan yol olacaq”.